İSO 9000
İSO 9000 – keyfiyyətin idarə olunması ilə bağlı ISO standartları qrupu. Onlar müxtəlif ölkələrdə toplanmış təcrübə əsasında işlənib hazırlanıb. ISO 9000 standartları 1987-ci ildə təsdiq olunub və 1994-cü ildə yenilənib. ISO 9000, istehsalatda komplektləşdirmə məmulatlarının, materialların və texnoloji proseslərin seçilməsi və tətbiqi üzrə göstərişlər də daxil olmaqla, keyfiyyətin təmin edilməsinə aid ümumi təlimatlardan və standartlardan ibarətdir.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.